Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək
- ÖLKƏSON XƏBƏR
- 05.08.2024 18:45
Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
TEMPİNFO bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.
Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da başlatdığı antiterror tədbirlərindən sonra nəzarətə götürülüb.
TEMPİNFO