Xankəndinin yeni prokuroru kimdir?

Xankəndinin yeni prokuroru kimdir?

Xəbər veridiyimiz kimi, Xankəndiyə prokuror təyin edilib.

Baş prokurorluğun Mətbuat xidməti bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru  vəzifəsinə təyin edilib.

Rəşadət Orucov kimdir? 

1985-ci il təvəllüdlü Rəşadət Orucov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub.

Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb.

2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37