Xəritədə göstərilməyən dünyanın məşhur mikrodövlətləri – FOTOLAR
- DÜNYASON XƏBƏR
- 20.06.2024 18:52
Dünyada 208 müxtəlif ölkə mövcuddur. Onların bəziləri ərazi və əhali baxımından nəhəng ölçülərə çatsa da, bəziləri o qədər kiçikdir ki, xəritədə belə, göstərmək qeyri-mümkündür. Çünki həmin mikro ölkələrin bəzisi şəhər və ya dağ, kiçik adacıqdan ibarət olan ərazidir. Bu ölkələrin adlarını dünya xəritəsində göstərmək mümkün olmasa da, həmin ölkələrin əksəriyyəti həm turistik, həm tarixi, həm də başqa səbəblərdən dünyada çox məşhurdurlar. Ona görə də ildə milyonlarla insan həmin mikrodövlətlərə axın edirlər.
TEMPİNFO Ölkə.Az-a istinadən dünyanın ən kiçik 15 mikroölkəsini təqdim edir.
İtaliyanın Roma şəhərində yerləşən bu ölkənin əhalisi 1000-ə yaxındır. Katolik kilsəsinin inzibati mərkəzi olan bu ölkə dünyanın ən kiçik ölkəsi statusuna malikdir. Vatikan xristian dünyasının mərkəzi hesab edildiyindən dünyada çox böyük nüfuza sahib dövlət kimi də qəbul edilir.
2. Monako
Avropanın şimal-qərbində Aralıq dənizi sahilində yerləşən bu ölkə Vatikandan sonra ikinci ən kiçik mikrodövlətdir. Uzunluğu 3 min 350 metr, eni isə 1000 metr olan Monakoda təxminən 35 min insan yaşayır. Əhalisinin sayının az olmasına baxmayaraq, Monako Avropanın ən pristijli turizm mərkəzi hesab olunur.
3. Nauru
Böyük okeanda yerləşən bu ada ölkəsinin ərazisi 21 kvadrat kilometrdir və əhalisi təxminən 10 min nəfərdən ibarətdir.
4. Tuvalu
Sakit okeanda yerləşən bu ölkə 9 mərcan adasından ibarətdir və dəniz səviyyəsindən cəmi 5 metr yüksəklikdədir. Sahəsi 26 km2 və əhalisi təxminən 11 min nəfərdir.
5. San Marino
San Marinoya bəzən kiçik qala ölkəsi də deyirlər.
Cənubi Avropada İtaliya yarımadasında, Apennin dağlarının zirvəsində yerləşən qala ölkədən ibarətdir. Hər tərəfdən İtaliya ilə əhatə olunub. Bu ölkədə təxminən 33 min insan yaşayır.
6. Lixtenşteyn
Mərkəzi Avropanın cənub-qərbində yerləşir. Əhalisi alman dilində danışır. 160 kvadratmetr olan ölkədə 38 minə yaxın insan yaşayır. Ərazisinin kiçik olmasına baxmayaraq, Lixtenşteynin də əsas gəliri turizmdəndir və heç də digər Avropa ölkələrindən pis yaşamırlar.
7. Marşal adaları
Sakit okeanın şimalında yerləşən bu ölkə bir çox ada qruplarından ibarətdir və əhalisi 58 min civarındadır.
8. Sent-Kits və Nevis
Karib dənizində yerləşən bu mikrodövlətin, əhalisi 52 min civarındadır. Əhalinin əksəriyyəti Afrika əsillidir.
9. Maldiv adaları
Hindistanın cənubunda Şri Lanka sahillərində yerləşən və turizm cənnəti olan bu ada ölkəsində təxminən 379 min insan yaşayır.
10. Malta
Siciliyanın cənubunda ada dövləti olan bu ölkənin ən böyük arxipelaqının səth sahəsi 237 km2-dir. Əhalisi təxminən 519 min nəfərdir. Malta da dünyada turizmi ilə məşhur olan ölkələr sırasındadır.
11. Qrenada
Ölkənin uzunluğu 20 kilometrdən bir qədər çoxdur. Ədviyyatlarla zəngin olduğu üçün Ədviyyat adası kimi də tanınan bu ölkədə təxminən 111 min insan yaşayır.
12. Sent-Vinsent və Qrenadin
110 min əhalisi olan bu ölkə Karib dənizində kiçik bir adadır və 369 km2 səth sahəsinə malikdir.
13. Barbados
Karib dənizində kiçik bir ada olan bu ölkənin sahəsi 439 km2 və əhalisi təxminən 287 min nəfərdir.
14. Antiqua və Barbuda
Karib dənizində yerləşən bu adada təxminən 96 min insan yaşayır.
15. Seyşellər
Afrika qitəsinin bir hissəsi olan bu ölkə Madaqaskarın şimal-şərqində yerləşir. Ölkədə 98 minə yaxın insan yaşayır.