Xəstəxanadan gizlin görüntülər: Qarabağ veteranı ilə “şirinlik davası” – VİDEO

Xəstəxanadan gizlin görüntülər: Qarabağ veteranı ilə “şirinlik davası” – VİDEO

Bakıda doğum evindən yayılan görüntülər müzakirələrə səbəb olub.

TEMPİNFO xəbər verir ki, gizlin çəkiliş zamanı kadrlarda xəstəxanaya müraciət edən vətəndaşla tibb ocağı əməkdaşı arasında mübahisə yer alıb.

Belə ki, dünyaya gələn qız uşağına görə tibb işçisi atadan “səni görək” deməklə “şirinlik” istəyib.

Daha sonra kişi doğuşa görə həmin şəxsə pul verir, lakin qarşı tərəf məbləğdən narazılığını dilə gətirir.

“Bu, çox azdır, birinci doğuş üçün azdır”, – tibb işçisi pul əsginaslarını sayarkən deyib.

Ata isə xəstəxananın dövlət müəssisəsi olduğunu əsas gətirərək ödədiyi məbləğin yetərli hesab etdiyini bildirib.

O həmçinin Qarabağ veteranı olduğunu söyləsə də, tibb işçisi “kişisiniz, hamınız getməlisiniz də” cavabını verib.

Xəstəxana əməkdaşı narazılıq əlaməti olaraq, verilən pulu geri qaytarıb.

Bildirilir ki, görüntülər Lökbatan qəsəbəsi 4 saylı doğum evində çəkilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37