Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb

Bu gün saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

TEMPİNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb. Qrız, Şabran, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37