XİN: “Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”

XİN: “Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”

“İran Prezidenti İbrahim Rəisi, xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir”.

TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

“Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”, – deyə paylaşımda bildirilib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37