XİN başçısı ABŞ-a gedib

XİN başçısı ABŞ-a gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

TEMPİNFO xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37