Xocalıda toyları yarımçıq qalmışdı, sabah təkrar edəcəklər – FOTO

Xocalıda toyları yarımçıq qalmışdı, sabah təkrar edəcəklər – FOTO

Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasimi sabah təkrar keçiriləcək.

TEMPİNFO xəbər verir ki, bu barədə Bakupost.az -a Xocalı sakini Valeh Hüseynov məlumat verib.

O, sabah bununla əlaqədar Xocalıya gedəcəklərini bildirib:

“Mən Xocalıya gedib qayıdandan sonra dərin stres keçirdim və açıq ürək əməliyyatı olundum. Xocalıya köç başlayıb və bu bizi çox sevindirir. Köhnə evimizin bərpa edilib mənə verilməsiylə bağlı ölkə başçısına müraciət etmişəm. Sabah axşam isə Xocalıya yola düşürük. 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan və Xocalıda sonuncu toy kimi tarixə düşən Vasif Qafarovun təkrar toyu olacaq”.

Qeyd edək ki, Vasif Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunda döyüşüb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37