“Xoşbəxt qadın deyiləm”
- MAQAZİNSON XƏBƏR
- 25.10.2024 13:00
“Qadının bəxdi gözəl olmalıdır. Məni isə xalqın sevgisi gözəlləşdirir. Bir o qədər də xoşbəxt qadın deyiləm. Amma nankorluq etməyim. Çünki məni sevənlər var və mən xoşbəxtəm. Baxmayaraq ki, acılar çəkdim, Allahın imtahanlarından keçdim”.
TEMPİNFO xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Həmin Zaur” verilişində deyib. Müğənni ona ünvanlanan sualları cavablandırıb.
“Səhnədən qorxub qaçmamışam. Amma elə insanlar var ki, onlar hər şeyin itirib, həyatda itirəcək nələrisə yoxdur. Onda mən itirəcəklərimdən qorxub, hər şeydən uzaqlaşmışam” deyə, Nazpəri əlavə edib.
TEMPİNFO