Xoşqədəm “İxtiyarım yoxdur” deyə-deyə Xalq artistinin qohumlarını qınadı

Xoşqədəm “İxtiyarım yoxdur” deyə-deyə Xalq artistinin qohumlarını qınadı

“Həyatda ölən, yıxılan, vəzifəsini itirən, zamanında hökmranlıq edib, sonradan sınan insanlar haqqında danışmağı özümə sığışdırmadım. Yıxılan vaxtı hamı danışa bilər”.

TEMPİNFO olay-a istinadla xəbər verir ki, bu sözləri “Səni axtarıram” verilişində Xoşqədəm Hidayətqızı deyib.

O, mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı səsləndirdiyi fikirlər haqqında danışıb. Aparıcı mərhumun itkin düşən ögey oğlu Orxan Nadirovla bağlı fikirlərini söyləyib:

“Əsas odur ki, güclü vaxtı danışıb, sözünü deyə bilirsən, ya yox. Açıq deyirəm ki, Orxanın bu halına görə İlhamə xanıma münasibətlərim… Analıq mövzusuna toxunmayın. Lalə xanım həyatda ən böyük səhvini edib, onun da cəzasını indi çəkir.

Həyatı qurmağı İlhamə xanım ona öyrətdi. Anasının yanında pis-yaxşı yaşayacaqdı. Mənim ixtiyarım yoxdur, kiminsə evində baş verənləri müzakirə etməyə. Daha doğrusu, fikir bildirməyə… Amma çox istəyərdim ki, vaxtında İlhamə xanımın bacıları Orxanın istədiyi o evi, orada keçirdiyi illərə xatir ona verəydilər. Deyəydilər ki, onsuz da bizim yox idi, bu İlhamə xanıma məxsus idi, əziyyət çəkməmişik, qazanmamışıq. İlhamə xanım ölməsə, bizim olmayacaqdı. Nə olar ki, rəsmi olmayanda?

Orxanın istədiyini verək, həyatı dağılmasın. Orxan o evdən çıxan gündən sonra… Şou-biznesdə olmadığıma görə, mən bunları bilmirəm. Amma Sərxan çox şeyi danışdı. Sonra Tükəzban xanımın yaşadığı evin yanından ev veriblər, Orxan götürməyib. Kaş o uşağın həyatının məhv olmamağı üçün İlhamə xanımın bacıları ona azca da dəstək olardılar”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37