“Ya sən öləcəksən, ya mən” deyərək atəş açıb – Bakıdakı güllələnmə
- HADİSƏMANŞET
- 27.06.2024 09:02
Bakıda baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.
TEMPİNFO xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qız üstündə baş verib.
Belə ki, hər iki gənc bir qızı sevirmiş.
Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev “Ya sən öləcəksən, ya mən” deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
Xatırladaq ki, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında, “Metro Park” ticarət mərkəzinin qarşısında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülüb.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.