YAP-ın 2 məşhur deputatı parlamentlə vidalaşdı – TƏSDİQLƏNDİ
- MANŞETRƏSMİSON XƏBƏR
- 03.07.2024 13:27
VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.
TEMPİNFO-nun xəbərinə görə, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı “Report”a partiyadakı mənbə də təsdiqləyib.
Qeyd edək ki, bununla bağlı TEMPİNFO siyahı hazırlamışdı ki, sözügedən iki deputatın adı burada yer alıb.
VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov isə Modern.az-a açıqlamasında məlumatı təkzib edib:
“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.
Həmçinin oxu:
Seçkilərdə hansı deputatlar mandatı ilə vidalaşacaq? – SİYAHI