Neftçilər prospektində yaranan vəziyyətlə bağlı TƏKLİF – FOTO

Neftçilər prospektində yaranan vəziyyətlə bağlı TƏKLİF – FOTO

Neftçilər prospektində yaranan vəziyyət yeni tələbin ortaya çıxması barədə düşüncə formalaşdırıb.

TEMPİNFO xəbər verir ki, bu barədə yol infrastrukturu ilə bağlı fəaliyyət göstərən sosial şəbəkə səhifəsi “İnsan yönümlü şəhərlər” paylaşım edib.

Qeyd edilir ki, burada yeni mol açıldandan sonra giriş-çıxışlarına hərəkət ləngiyir, bu fürsətdən istifadə edərək piyadalar yeni salınan mərkəzə yolu birbaşa prospektin üzərindən keçirlər.

Uşaqla keçənlərin sayı da az deyil.

“Kimsə deyə bilər ki, “insanları yerin altına göndərin, 200 metr digər tərəfdə yeraltı keçid var, amma bu kəsişmədə işıqforla nizamlanan keçid təşkil edilsə, bu həm də K.Səfərəliyeva küçəsi ilə də daimi konflikti də yox edər”, – deyə paylaşımda qeyd olunub.

Məlumat üçün bildirək ki, bu yaxınlarda sözügedən ərazidə “Crescent Mall” ticarət mərkəzinin açılışı olub. AVM-in istifadəyə verilməsindən sonra həmin istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37