Yeni təyin olunan 32 yaşlı nazir KİMDİR? – DOSYE

Yeni təyin olunan 32 yaşlı nazir KİMDİR? – DOSYE

Xəbər veridyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasına yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Yeni təyin olunan nazir haqqında bəzi məlumatları təqdim edirik:

Xanlar Aftandil oğlu Mustafayev bu təyinata qədər Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olub. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilmişdi.

1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37