Yoxlama aparılan qurumun sədrinin görüntüləri – VİDEO

Yoxlama aparılan qurumun sədrinin görüntüləri – VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevanın toy məclislərindən birində maraqlı rəqsi ortaya çıxıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İnarə Vəliyeva öz əməkdaşının toy məclisində ifa olunan əcənəbi mahnılarla rəqs edir. Onun bu rəqsi maraqla qarşılanıb.

TEMPİNFO həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, İnarə Vəliyeva 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edirdi.

2023-cü ilin noyabrında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarına əsasən, İnarə Vəliyeva bu vəzifəyə təyinat alıb.

TEMPİNFO xatırladır ki, yayılan məlumata görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi agentlikdə yoxlama aparıb, adı çəkilən layihənin icrasında ciddi qüsurlar aşkarlayıb, vəzifələrindən azad edilənlər var.

TEMPİNFO

Dövlət agentliyində yoxlama: işdən çıxarılanlar var

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37