Zelenski Putinlə danışıqlara hazır olduğunu bəyan etdi

Zelenski Putinlə danışıqlara hazır olduğunu bəyan etdi

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.

TEMPİNFO xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq, Putinlə dialoqa getməyə razı olduğunu nümayiş etdirib.“Rusiya ikinci sülh sammitinə dair plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, – deyə Zelenski bildirib.

Eyni zamanda o vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37