Zelim Kotsoyev dünya çempionu olub – Foto – Video

Zelim Kotsoyev dünya çempionu olub – Foto – Video

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün fərdi yarışlara yekun vurulub.

Mundialın 5-ci günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev dünya çempionu tituluna yiyələnib. Bununla da Azərbaycan millisi tarixi uğura imza ataraq, ilk dəfə mundialı 2 qızıl medalla bitirib.

Kişilər
100 kq

Zelim Kotsoyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə Yunq-Hun Vonqu (Cənubi Koreya) məğlub edib. Kotsoyev 1/8 finalda israilli Peter Palçiklə güləşib və uğurlu seriyanı davam etdirib. Cüdoçumuz 1/4 finalda Nikoloz Şerazadişvilidən (İspaniya) də güclü olaraq yarımfinala yüksəlib. Zelim finala gedən yolda portuqaliyalı Jorj Fonseka üzərində də də qələbə qazanıb. O, həlledici görüşdə Şadi Elnahasla qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığması çempionatın əvvəlki dörd günündə 1 qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərini üstələyib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37