Zelim Kotsoyev: “Hidayət otağıma gələrək qızıl medalı göstərdi və bildirdi ki…”

Zelim Kotsoyev: “Hidayət otağıma gələrək qızıl medalı göstərdi və bildirdi ki…”

“Ötən il Avropa çempionu oldum. Bu il isə dünya çempionluğunu əldə etdim”.

TEMPİNFO xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev (100 kq) deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə dünya çempionatında qızıl medal qazanmasının təəssüratlarını bölüşüb. Kotsoyevin sözlərinə görə, Dövlət Himnimizi səsləndirdiyi üçün çox xoşbəxtdir: “Hər zaman çalışıram ki, yarışlarda bayrağımızı yüksəklərə qaldırım. Hər zaman dünya çempionu olmaq arzusunda olmuşam. İndiyə mundiallarda kimi iki dəfə bürünc medal qazanmışam. Şəxsi məşqçim Elxan Məmmədov daima mənə motivasiya verərək, ruhlandırırdı ki, sən dünya çempionu olacaqsan. Hidayət Heydərov bu uğura imza atdıqdan sonra otağıma gələrək qızıl medalı göstərdi və bildirdi ki, Zelim, görürsən, bu, realdır və bacarmaq olar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Hidayəti təbrik etməsi, Heydərovu şoka salmışdı. Bunun özü də mənə çox böyük motivasiya oldu”.

Qeyd edək ki, Kotsoyevdən öncə Hidayət Heydərov (73 kq) da dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan millisi isə 2 çempionluqla mundiallar tarixində ən yaxşı nəticəsinə imza atıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37