Prezident və xanımı Zəngilan məscidinin açılışında – Foto/Video

Prezident və xanımı Zəngilan məscidinin açılışında – Foto/Video

Xəbər verdiyimiz kimi, bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olub.

TEMPİNFO.AZ xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.

Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra – 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37