Zülfiyyə Xanbabayevanın qızı Dəniz tələbə adını qazanıb

Zülfiyyə Xanbabayevanın qızı Dəniz tələbə adını qazanıb

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz tələbə adını qazanıb.

TEMPİNFO xəbər verir ki, bu münasibətlə xalq artisti öz feysbuk hesabından paylaşım edərək qızını təbrik edib.

Təbrikdə qeyd edilir:

“Arzularım, xəyallarım, dualarım, varlığım! Dənizim!

Sən bizə Allahın bir lütfüsən! Səni yaradana qurban olum!

Balam, Dənizim bu gündən tələbə oldu!

Əziz, doğma müəllimlərimiz! Hər birinizə minnətdarıq!

Bu gün tələbə adını qazanan bütün övladlarımızı ürəkdən təbrik edirəm!

Gözəl gözlü Dənizim, yolun açıq olsun!”,-deyə Z.Xanbabayeva qeyd edib.

Qeyd edək ki, Dəniz ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.

TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37