1 aydır maşınsızam, zavod xətası çıxıb – Qadın sürücü “Geely”dən şikayətçidir – VİDEO

1 aydır maşınsızam, zavod xətası çıxıb – Qadın sürücü “Geely”dən şikayətçidir – VİDEO

Qadın sürücü aldığı avtomobilinin zavod xətasından şikayətçidir.

TEMPİNFO xəbər verir ki, onun Çin istehsalı olan “Geely” marka nəqliyyat vasitəsində problem yaşanıb. Bu səbəbdən rəsmi servisə müraciət edib, lakin uzun müddətdir ki, avtomobilini geri ala bilməyib.

“Keçən aydan maşınsız, “0” (sıfır kilometr) aldığım avtomobil “brak” çıxıb. Mən bunu necə hiss etmişəm? Maşına qaz verdiyim halda sönmək istəyir, səslər gəlir, sanki traktor sürürəm. Servisə müraciət etdim, onlar avtomobili məndən alıb dedilər ki, bu vəziyyətdə sürə bilmərəm. 5-6 gün sonra söylədilər ki, maşında zavod xətası var. Avtomobili normal şəkildə idarə etmişəm. Cəmi 15 min kilometr yol getmişəm”, – deyə sosial şəbəkədə yayılan videoda bildirilir.

Daha ətraflı videoda:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37