Turizm Agentliyi tədbir üçün 25 min manat xərcləyib

Turizm Agentliyi tədbir üçün 25 min manat xərcləyib

Dövlət Turizm Agentliyi tədbirin təşkili üçün 25 min manat xərcləyib.

TEMPİNFO xəbər verir ki, qurum bununla bağlı “AVIAREPS Magyarország Kft” şirkəti ilə müqavilə bağlayıb.

Sənədə əsasən, Rumıniya Respublikasının turizm sənayesi və media nümayəndələri üçün Azərbaycanın milli aviadaşıyıcısının iştirakı ilə şəbəkələşmə və tanıtım tədbiri təşkil ediləcək.

Turizm Agentliyi müqavilə ilə bağlı sözügedən şirkətə 25.622,34 manat ödəniş edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37