Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Şirinov dəfn olunub

Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Şirinov dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nazim Şirin oğlu Şirinov vida mərasimi başa çatıb.

TEMPİNFO xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Abşeron rayonu Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37