Bakıda şagird döyüldü, işçi qovuldu – ANBAAN VİDEO – YENİLƏNİB

Bakıda şagird döyüldü, işçi qovuldu – ANBAAN VİDEO – YENİLƏNİB

Bakı şəhəri 189 nömrəli tam orta məktəbdən şagirdin döyülməsi xəbəri təsdiqlənib.

Bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:

“Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub”.

***

Bakının Səbail rayonundakı 189 nömrəli məktəbin mühafizəçisi 9-cu sinif şagirdini vurub.

Tərəflər arasında baş verən əlbəyaxa davanın səbəbləri məlum deyil.

TEMPİNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37