AVRO-2024: Almaniyadan darmadağınla start – VİDEO – YENİLƏNİB

AVRO-2024: Almaniyadan darmadağınla start – VİDEO – YENİLƏNİB

Bu gün AVRO-2024-ə start verilib.

TEMPİNFO xəbər verir ki, Almaniyada keçiriləcək 17-ci Avropa çempionatının ilk günündə bir matç baş tutub.

Günün yeganə oyunu açılış mərasimindən sonra keçirilib. Çempionatın meydan sahibi Almaniya Şotlandiyanı sınağa çəkib.

Münhendə təşkil olunan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Almanlar rəqib qapısından 5 top keçirib. 10 nəfərlə qalan Şotlandiya son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, qrupun digər oyunu iyunun 15-də keçiriləcək. Macarıstan – İsveçrə matçı Kölndə baş tutacaq.

AVRO-2024
Qrup mərhələsi, I tur
14 iyun, A qrupu
23:00. Almaniya – Şotlandiya – 5:1
Qollar: 
Florian Virts, 10. Jamal Musiala, 19. Kai Havertz, 45+1 (pen.). Niklas Fullkruq, 68. Emre Can, 90+3 – Antonio Rudiger, 87 (öz qapısına)
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen. “Alyans Arena” stadionu

         23:07

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

TEMPİNFO xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.

Münhendəki “Allianz Arena”da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37