Daha bir başçısı da yola salınır: Yerinə məşhur deputat gətirilir – FOTO

Daha bir başçısı da yola salınır: Yerinə məşhur deputat gətirilir – FOTO

Bakıda daha bir icra başçısı tutduğu vəzifədən azad edilir.  Bununla bağlı müvafiq sərəncamın yaxın saatlarda elan olunacağı gözlənilir.

TEMPİNFO Yenisabah.az-a istinadən xəbər verir ki, postu ilə vidalaşmaq növbəsi Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərova  çatıb.

Onun işdən azad olunmasına dair sərəncamın imzalandığı bildirilir.

İddiaya görə,  bu posta Milli Məclisin Yasamaldan olan deputatı Ülvi Quliyevin təyin olunacağı gözlənilir.

TEMPİNFO

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37