Azərbaycanda hərbi qulluqçu vəfat etdi

Azərbaycanda hərbi qulluqçu vəfat etdi

İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

TEMPİNFO xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37