Bağçada uşağa şiddət göstərən müəllim və müdir polis orqanına dəvət olundular
- HADİSƏSON XƏBƏR
- 12.07.2024 16:40
Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunublar. Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.
E.İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.
TEMPİNFO