Azərbaycanın Paris-2024-də bayraqdarları bəlli olub

Azərbaycanın Paris-2024-də bayraqdarları bəlli olub

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarındakı bayraqdarları bəlli olub.

TEMPİNFO xəbər verir ki, olimpiadanın açılış mərasimində bu məsul vəzifəni cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən Paris-2024-də gender bərabərliyi nəzərə alınacaq və hər ölkənin 2 bayraqdarı olacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37