Paşinyan Əliyevlə görüşdən niyə qaçdı? – İsti şərh

Paşinyan Əliyevlə görüşdən niyə qaçdı? – İsti şərh

Əminəm ki, bu tapşırığı Rusiya verib. Bu dəqiqə Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. Ermənilər bu addımla Rusiyaya göstərmək istəyirlər ki, ona sadiqdirlər.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Ermənistan Baş naziri Paşinyanın Azərbaycan Prezidenti ilə görüş təklifindən imtina etməsi haqda yayılan məlumata münasibətində deyib.

“Bu imtinanın sonrasını gözləmək lazımdır, çünki tədbirlər davam edir. Aydındır ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirir ki, ermənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmirlər. Həmçinin Ermənistan mühitində müxtəlif versiyalar səslənir ki, noyabrda onlar Qərbə yönələn siyasətdən imtina etməlidir. Çünki hazırda Baydenin qalib gəlməsi şansı çox azdır və İrəvanın Qərbə yönəli siyasətində ermənilərə təkcə Fransanın dəstəyi bəs eləməz. Ona görə də Qərblə hansısa inteqrasiya prosedurlarına ehtiyat edirlər”, – politoloq bildirib.

T.Zülfüqarovun sözlərinə görə, bu imtinanın səbəbini sülhdən qaçmaq kimi qəbul etmək hələ tezdir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37