Tural Abasquliyev Dünya Alpaqut Federasiyasının Vitse-Prezidenti seçildi – FOTOLAR

Tural Abasquliyev Dünya Alpaqut Federasiyasının Vitse-Prezidenti seçildi – FOTOLAR

16 iyul 2024 cü il tarixində, Yunus Emre İnstitutunun toplantı salonunda, Dünya Alpaqut Federasiyasının növbəti iclası keçirilib.

TEMPİNFO xəbər verir ki, İclasda federasiyanın prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova, Birinci vitse-prezident, Milli Məclisin deputatı Könül Nurullayeva, vitse-prezident Emil Rəhimov, İdarə heyətinin sədri Vasif Namazov, İdarə heyətinin üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Nəzarət Təvtiş Komitəsinin sədri Rafiq Qasımov və başqaları iştirak edib.

Toplantıda Dünya Alpaqut Federasiyasının idarə icra strukturuna seçki keçirilib.

Belə ki, Tural Abasquliyev federasiyasının Təşviqat və İnkişaf üzrə vitse-prezidenti, Firuzə Cəlilova isə İctimaiyyətlə əlaqələr və Mətbuat departamentinin sədri seçilib.

T.Abasquliyev federasiyanın inkişafı ilə bağlı gələcək planlarını açıqlayıb.

F.Cəlilova isə qarşıda duran hədəflərə çatmaq üçün yeni PR strateqiyanın formalaşdırılması zərurətini vurğulayıb.

Bundan əlavə Dünya Alpaqut Federasiyasının digər strukturlarına yaxın günlərdə yeni rəhbərlərin təyin olunması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014 –cü ildə qurulan beynəlxalq idman təşkilatıdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.

Federasiya IMGC, FairPLay, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.

 

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37