Nazirliyə yeni səlahiyyət verildi

Nazirliyə yeni səlahiyyət verildi

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na dəyişiklik edilib.

TEMPİNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin, onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.

İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37