“Makkabi” – “Sabah” oyununun hakimləri bilindi

“Makkabi” – “Sabah” oyununun hakimləri bilindi

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.

TEMPİNFO AFFA-nın saytına istinadən xəbər verir ki, Macarıstandakı“Varkert” stadionunda keçiriləcək görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumen olacaq. Ona yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək ilk matç saat 19:00-da başlayacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37