Çempionlar Liqası: “Qarabağ”ın mümkün rəqibləri azalıb

Çempionlar Liqası: “Qarabağ”ın mümkün rəqibləri azalıb

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

TEMPİNFO xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Çempionlar yolu

Çempionlar yolu
1-ci qrup

Səpələnmişlər

“Linkoln” – “Qarabağ” cütünün qalibi
“Selye” – “Slovan” cütünün qalibi
“Styaua” – “Makkabi” T-Ə cütünün qalibi

Səpələnməmişlər
“Lüdoqorets” – “Dinamo” Mn cütünün qalibi
“Şemrok Rovers” – “Sparta” cütünün qalibi
APOEL – “Petrokub” cütünün qalibi

2-ci qrup
Səpələnmişlər

“Ferentsvaroş” – TNS cütünün qalibi
PAOK – “Borats” cütünün qalibi
“Bodo Qlimt” – RFŞ cütünün qalibi

Səpələnməmişlər
“Malmö” – “Klaksvik” cütünün qalibi
“Panevejis” – “Yagellonya” cütünün qalibi
“Santa Koloma” – “Midtulland” cütünün qalibi

Liqa yolu

Səpələnmişlər

“Reyncers”
“Slaviya”
“Zalsburq”
“Lill”

Səpələnməmişlər

“Luqano” – “Fənərbaxça” cütünün qalibi
“Dinamo” K – “Partizan” cütünün qalibi
“Union Sent Jiloaz”
“Tvente”

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37