Çempionlar Liqası: “Qarabağ” Cəbəllütariqə yollanıb – FOTOLAR
- İDMANSON XƏBƏR
- 22.07.2024 12:52
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la oyun üçün Cəbəllütariqə yollanıb.
TEMPİNFO xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Ağdamlılar avrokuboklarda mövsümün ilk matçına iyulun 23-də çıxacaqlar. “Linkoln”la cavab qarşılaşması iyulun 30-da keçiriləcək.
Qeyd edək ki, rəqib ilk mərhələdə Malta klubu “Hamrun”u 2 oyunun cəmində 2:1 (1:0, 1:1) hesabı ilə məğlub edib.
TEMPİNFO