Ağadadaş Ağayev qadını bu klinikada baltalayıb

Ağadadaş Ağayev qadını bu klinikada baltalayıb

Xəbər verdiyimiz kimi, ötən gün saat 07 radələrində Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində adam baltalayıb.

Hadisə “MedEra” klinikasında baş verib.

“MedEra” klinikasının Mühafizə xidmətinin rəisi Valeh Soltanov Unikal-a açıqlamasında hadisənin təfərrüatlarını açıqlayıb:

“Ağadadaş Ağayev bir gün əvvəl də klinikada olub. Ötən gün səhər saatlarında isə eyvandan deyib ki, həkim gəlsin. Həmçinin, gözətçini təhqir edib. Gözətçi Nurəddin Cəlilov isə təhqirlərə görə ona etiraz edib.

Onlar arasında mübahisə həm klinikanın həyətində, həm də içərisində davam edib. Hadisə nəticəsində xəsarət alan N.Paşayeva da “MedEra” klinikasının qeydiyyat şöbəsinin əməkdaşıdır”.

Xatırladaq ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

A.Ağayevin ifadə vermək üçün polisə çağırıldığı bildirilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37