Musa Qasımlının namizədliyi qeydə alındı

Musa Qasımlının namizədliyi qeydə alındı

Millət vəkili, tarixçi Musa Qasımlının deputatlığa namizədliyi qeydə alınıb.

Məlumata görə, o, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.

Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. O, IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış, 2020-ci il 9 fevralda keçirilən VI çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilib. /modern.az

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37