“Mahirlə müqavilə imzalamağa hazırıq”

“Mahirlə müqavilə imzalamağa hazırıq”

Mahir Emreli karyerasını “Nürnberq”də davam etdirə bilər.

TEMPİNFO xəbər verir ki, bu iddia ilə “Bild” çıxış edib.

Bildirilib ki, Almaniya klubunun idman direktoru Djoti Çazaleksiu Zaqreb “Dinamo”suna məxsus olan Mahirin keçidi üçün güzəştə belə hazırdırlar: “O, dərhal bizim üçün əlçatan deyil. Amma hələ də onunla müqavilə imzalamağa hazırıq”.

Qeyd edək ki, Almaniyanın köklü klubu olan “Nürnberq”i ölkənin əfsanəvi veteran futbolçusu Miroslav Kloze çalışdırır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37