Azərbaycanda yaxın günlərdə tərəvəzlər bahalaşacaq? – AÇIQLAMA

Azərbaycanda yaxın günlərdə tərəvəzlər bahalaşacaq? – AÇIQLAMA

Bir neçə gündür ölkə ərazisində havalar qeyri-sabit keçir, xüsusən də bölgələrdə yağışlar aramsız yağır. Yay fəslində əlverişsiz havalar əhvalımıza təsir etdiyi kimi, kənd təsərrüfat sahələrinə də təsirsiz ötüşmür.

TEMPİNFO xəbər verir ki, bunu iqtisadçı ekspert Akif Nəsirli demokrat.az-a açıqlamasında bildirib ki, gözlənilməz hava şəraiti səbəbilə bir neçə məhsulda qiymət artımı baş verəcək:

“Bu ilin yaz-yay ayları kənd təsərrüfatı məhsulları üçün əlverişsiz hava şəraiti ilə müşahidə olundu. Qeyri-sabit havalar həm məhsulların keyfiyyətinə, həm də məhsuldarlığa ciddi təsir göstərib. Hal-hazırda mövsümi bostan bitkiləri bahalaşıb, çünki bazarda məhsul qıtlığı yaşanır. Təklif tələbi ödəyə bilmir. İlin bu vaxtı Azərbaycan həmişə pomidor ixrac edirdi. İş o yerə çatıb ki, indi ölkəyə pomidor ixdal olunur, qiyməti də ən yaxşı halda 2 manat, 2 manat 50 qəpikdir”.

Ekspertin sözlərinə görə, şimal zonasında bəzi rayonlara düşən dolu təsərrüfatlara daha böyük ziyan vurub:

“Belə hava şəraiti bitkinin inkişafına da mənfi təsir göstərir. Yağışlı havalarda məhsul tədarükü də əngəllənir ki, bu daha ciddi problemdir. Sahələr şumdur, şumda yağış vaxtı məhsul yığmaq mümkün olmur. Hesab edirəm ki, qarşıdakı günlərdə pomidorun qiyməti bahalaşacaq. Digər tərəvəzlərin qiyməti onsuz da bahadır. Məsələn, xiyar iki gündən bir dərilməlidir, yağışlı havada yəqin ki, dərmək mümkün olmayacaq və tağlarda qalıb yararsız hala düşəcək. Lobya, badımcan, qarpız yığımı ilə bağlı da eyni şeyi deyə bilərik. Ona görə də qarşıdakı günlərdə müvəqqəti də olsa bazarda bahalaşma dalğası hiss edəcəyik”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37