“HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb – RƏSMİ
- DÜNYAMANŞETSON XƏBƏR
- 31.07.2024 09:00
“HƏMAS”ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.
TEMPİNFO xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu və HƏMAS hadisənin baş verdiyini təsdiqləyib.
Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.
Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
TEMPİNFO