Maduro “WhatsApp”a müharibə elan etdi

Maduro “WhatsApp”a müharibə elan etdi

Venesuela lideri Nikolas Maduro “WhatsApp” mesajlaşma xidmətindən imtina edir.

Məlumata görə, bu barədə “Venezolana de Televisión” telekanalı xəbər yayıb.

Prezident bu mesajlaşma xidmətinin ölkəyə təhdid məqsədilə istifadə edildiyini, buna görə də tətbiqi telefonundan həmişəlik siləcəyinə, kontaktlarını isə “WeChat” və “Telegram”a köçürəcəyini deyib.

Maduro venesuelalıları da ondan nümunə götürməyə çağırıb və “WhatsApp”ın Venesueladan “cəhənnəm olub getməsini” istədiyini deyib.

Bundan əvvəl Maduro “TikTok” və “Instagram”ı ölkədə nifrət qızışdırmaqda ittiham edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37