Dünyanın ən böyük silah istehsalçıları – Siyahıda 5 türk şirkəti var

Dünyanın ən böyük silah istehsalçıları – Siyahıda 5 türk şirkəti var

Amerikanın “Defense News” portalı 2024-cü il üçün dünyanın 100 ən böyük müdafiə və aviasiya şirkətinin adını açıqlayıb.

Sıralamanın ilk 10-luğunda ABŞ-nin 6, Çinin 3, Britaniyanın 1 şirkəti var.

Dünyanın 100 ən böyük silah şirkətinin təxminən yarısı ABŞ-da yerləşir.

Son illər silah bazarında öz sözünü deyən qardaş Türkiyənin də 5 şirkəti siyahıya düşə bilib. Qeyd edək ki, ötən il Türkiyə siyahıda 4 şirkətlə təmsil olunurdu. Qardaş ölkənin ən böyük silah şirkətləri aşağıdakılardır:

ASELSAN: Keçən il siyahıda 47-ci yerdə olan ASELSAN şirkəti bu il 42-ci yerdə qərarlaşıb.

TUSAŞ: Əsasən aviasiya məhsulları istehsal edən şirkət 58-ci yerdən 50-ci yerə yüksəlib.

ROKETSAN: Raket və mərmi sahəsində ixtisaslaşan şirkət bu il 71-ci pilləyə yüksəlib.

MKE: Silah, sursat, raket istehsalı ilə məşğul olan şirkət 84-cü yeri tutub.

ASFAT: Əvvəlki siyahıda 100-cü yerdə olan şirkət bu dəfə 94-cü yerə yüksəlib. /modern.az

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37