Yaponiyada hava limanında partlayış: Uçuşlar ləğv edildi – VİDEO

Yaponiyada hava limanında partlayış: Uçuşlar ləğv edildi – VİDEO

Yaponiyanın Miyadzaki prefekturasının hava limanında partlayış baş verib.

TEMPİNFO-nun “Nikkei” agentliyinə istinadən xəbərinə görə, bu barədə yanğınsöndürmə xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış nəticəsində uçuş-enmə zolağı bağlanıb və hazırda uçuşlar ləğv edilib.

“Miyadzaki hava limanının ərazisində partlayış səsi təsdiqlənib. Təfərrüat məlum deyil”, – deyə məlumatda bildirilib.

Partlayış oktyabrın 2-də səhər saat 8 radələrində baş verib, nəticədə köməkçi yol zədələnib. Yolun üzərində təxminən 7 kvadratmetr sahəsi olan oval çuxur əmələ gəlib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 1943-cü ildə keçmiş hərbi-dəniz uçuş bazasının yerində inşa edilən hava limanı Miyadzaki şəhər mərkəzindən təxminən 7 km cənubda yerləşir.

 

 

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37