“Barselona”dan sürpriz transfer

“Barselona”dan sürpriz transfer

“Barselona” polşalı qapıçı Voyçex Şensnını heyətinə qatıb.

TEMPİNFO xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu “Barselona” ilə 1 illik müqavilə imzalayıb. O, İspaniya klubuna azad agent kimi transfer olunub.

Qeyd edək ki, transferin gözlənilməzliyinə səbəb Voyçex Şensnının bu yay karyerasını bitirməsi olub. Bununla yanaşı o, həmin vaxt bildirmişdi ki, “Barselona” kimi klubdan təklif alarsa, buna etinasız yanaşa bilməz.

V. Şensnının son klubu “Yuventus” olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37