Tərtərdə qazinin xəsarət yetirdiyi şəxs ölüb
- HADİSƏSON XƏBƏR
- 03.10.2024 10:31
Bu barədə TEMPİNFO-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
TEMPİNFO