Çempionlar Liqası: Liqa mərhələsinin II turundan sonra bombardir kimdir?

Çempionlar Liqası: Liqa mərhələsinin II turundan sonra bombardir kimdir?

UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün ən çox qol vuran futbolçusu ingiltərəli hücumçu Harri Keyn olub.

TEMPİNFO xəbər verir ki, “Bavariya” klubunun təcrübəli hücumçusu ümumilikdə dörd qolla siyahıya başçılıq edir.

“Borussiya Dortmund”dan Karim Adayemi, Seru Girassi, “Leypziq”dən Benyamin Şeşko, “Brest”dən Adballah Sima hərəyə üç qol vurublar.

Liqa mərhələsinin 2-ci oyun günündən sonra iki qol vuran doqquz oyunçu var.

Ən çox məhsuldar ötürmə edən futbolçular siyahısına isə “Bayer Leverkuzen”dən Ceremi Frimponq, “Bavariya”dan isə Coşua Kimmix hərəyə üç dəfə fərqlənməklə başçılıq edirlər. “Brest”dən Lüdovik Ajork, “Seltik”dən Arne Enqels, “Bavariya”dan Camal Musiala, “Leypziq”dən Luis Openda, “İnter”dən isə Mehdi Taremi hərəyə iki məhsuldar ötürmə ilə yadda qalıblar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına oktyabrın 22-də start veriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37