Həbs müddətləri uzadıldı
- HADİSƏSON XƏBƏR
- 03.10.2024 14:02
“Toplum TV”nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.
Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Qərara əsasən, onun həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.
Qeyd edək ki, Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.
***
Eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb. (“qafqazinfo”)
TEMPİNFO