Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı – YENİLƏNİB

Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı – YENİLƏNİB

Bakı metrosunda qatarın altına düşərək ölən şəxsin kimliyi məlum olub.

TEMPİNFO lent.az-a istinadən xəbər verir ki, o, 55 yaşlı Rövşən Abışovdur.

İlkin ehtimala görə, R.Abışov intihar məqsədi ilə özünü qatarın altına atıb.

***15:47

Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb. 

Bu barədə TEMPİNFO-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.

Metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olub, sonradan hərəkət bərpa edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37