Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

TEMPİNFO AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də Bratislavada İsveç, 14-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.

Qapıçılar: Marek Rodak, Henrix Ravas, Dominik Takaç

Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkriniar, Adam Obert, David Hançko, Samuel Kozlovski, Timotey Qranika;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Ondrey Duda, Laszlo Benes, Tomaş Riqo, Patrik Qroşovski, Matuş Bero, Kristian Herts;

Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, Tomaş Suslov, David Strelets, Robert Bojenik.

Qeyd edək ki, Azərbaycan – Slovakiya qarşılaşması oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37