Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar

“Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları rusiyalı diplomata qarşı təxribatın qarşısını birgə alıblar”.

TEMPİNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin məlumat verib.

“Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik. Nümunə olaraq deyə bilərəm ki, nisbətən yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyi nəticəsində amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısı alınıb”, – deyə Narışkin qeyd edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37